525.Az

"Twitter" ödənişsiz mavi işarələri silib


 

"Twitter" ödənişsiz mavi işarələri silib<b style="color:red"></b>

"Twitter" "Blue" xidməti çərçivəsində ödəniş etməyən və köhnə təsdiq sistemi ilə təsdiqlənmiş hesablardan mavi işarələri silib.

525.az xəbər verir ki, "Twitter"in baş direktoru İlon Mask keçən həftə "Twitter Blue"a abunə olmayan və bu xidmətdən əvvəl mavi təsdiq nişanları alan hesablardan mavi işarələrin silinəcəyini açıqlamışdı. Sözügedən əhatə dairəsində olan istifadəçilərin mavi təsdiq nişanlarının dünən silindiyi görülüb.

İstifadəçilərin hesablarına mavi təsdiq nişanı əlavə edən aylıq ödənişli abunə xidməti olan "Twitter Blue" eksklüziv yeni funksiyalara erkən çıxışı təmin edir.

Qeyd edək ki, xüsusiyyətlərə daha uzun tvitlər, tvitləri redaktə etmək imkanı, 1080p keyfiyyətlə video yükləmələr daxildir.

Məhəmməd Tağıyev

 





21.04.2023    çap et  çap et