525.Az

Azərbaycanlı hakim Portuqaliya - İsrail oyununda


 

Azərbaycanlı hakim Portuqaliya - İsrail oyununda<b style="color:red"></b>

FİFA referi köməkçisi Yaşar Abbasovun 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinin oyunlarında iştirak edəcəyi haqda xəbər vermişdik.
 
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq təmsilçimizin meydana çıxacağı ilk oyun müəyyənləşib.

İyulun 19-da keçiriləcək Portuqaliya - İsrail qarşılaşmasının yan xətt hakimlərindən biri Y.Abbasov olacaq. Oyunu rumıniyalı FİFA referisi İstvan Kovacs idarə edəcək. Digər laynsman Henrik Larsen (Danimarka), dördüncü hakim isə Tomas Bognar (Macarıstan) olacaq.

Xatırladaq ki, turnir Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilir.

 





18.07.2014    çap et  çap et