525.Az

“Türk xalqına tarix dərsi vermək heç kəsin həddinə deyil”


 

“Türk xalqına tarix dərsi vermək heç kəsin həddinə deyil”<b style="color:red"></b>

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” iddialarına cavab verib.

525.az xəbər verir ki, bunu Çavuşoğlu tviterdə yazıb.

O bildirib ki, siyasi şarlatanlar yenidən səhnəyə çıxıb:

“Siyasi bəyanatlarla tarixi yenidən yazmaq olmaz. Türk xalqına tarix dərsi vermək heç kəsin həddinə deyil”, - o deyib.

Qeyd edək ki, Bayden daha əvvəl 1915-ci il hadisələrini “soyqırımı” kimi qiymətləndirmişdi.

 





24.04.2023    çap et  çap et