525.Az

Rusiya alman diplomatlarını ölkədən çıxarmaq qərarı verib


 

Rusiya alman diplomatlarını ölkədən çıxarmaq qərarı verib<b style="color:red"></b>

Rusiya Xarici İşlər Nazirliyi Almaniyanın 30 rus diplomatını ölkədən çıxarmasına eyni cür cavab vermək qərarına gəlib. 

525.az xəbər verir ki, “Almaniyanın düşmən hərəkətlərinə cavab olaraq, Rusiya alman diplomatlarını Rusiyadan çıxarmaq və Almaniyanın ölkəmizdəki diplomatik nümayəndəliklərinin işçilərinin maksimum sayını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaq üçün qərar qəbul edib”, - Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilib. 

Qərar 2023-cü il aprelin 5-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılan Almaniyanın Moskvadakı səfiri Q.von Qeyrə məruzə edilib. Almaniya hökumətinin Rusiyanın Almaniyadakı diplomatik nümayəndəliklərində çalışan bir çox diplomatı ölkədən çıxarma qərarını verdiyi xatırladılan bəyanatda: “Berlinin Rusiya-Almaniya əlaqələrinin bütün strukturunu, o cümlədən diplomatik əlaqələri cəsarətlə məhv etməyə davam edən bu hərəkətlərini şiddətlə qınayırıq", - deyilib.

Qeyd edək ki, “Focus” jurnalı hələ martın 25-də Almaniyanın casus toplamaqla məşğul olduğu iddia edilən 30 rusiyalı diplomatı ölkədən çıxarmağa hazırlaşdığını yazmışdı. Bir neçə gün ömcə isə, rəsmi Berlin Rusiya diplomatlarının Almaniyadan kütləvi şəkildə çıxarılması ilə bağlı qərar qəbul edib.

Malik Atilay

 





24.04.2023    çap et  çap et