525.Az

Biləsuvarda yaşayış binasında partlayış olub - YENİLƏNİB


 

Biləsuvarda yaşayış binasında partlayış olub - <b style="color:red"> YENİLƏNİB</b>

Biləsuvarda partlayış baş verən binadan sakinlər təxliyə olunub.

525.az APA-ya istinadən xəbər verir ki, 37 ailə Olimpiya kompleksinə yerləşdirilib.

xxx

Biləsuvarda yaşayış binasında partlayış olub.

525.az xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli yaşayış binasında qeydə alınıb.

İlkin məlumata görə, hadisə yerində yaralılar var, bir nəfər ölüb.

Partlayış yerinə hüquq-mühafizə, FHN-in yanğınsöndürən qüvvə və xilasedicilər cəlb olunub.

 





24.04.2023    çap et  çap et