525.Az

Ərdoğan Azərbaycan səfirini və xilasedicilərini təltif edib


 

Ərdoğan Azərbaycan səfirini və xilasedicilərini təltif edib<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədovu Türkiyədə baş vermiş dəhşətli zəlzənənin nəticələrinin aradan qaldırılmasına verdiyi dəstəyə görə “Dövlətə xidmətə görə” medalı ilə təltif edib.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı aprelin 25-də keçirilən mərasimdə səfirə diplom və medal təqdim edib.

Türkiyə Prezidenti, həmçinin bir qrup azərbaycanlı xilasedicini də təltif edib.

 





25.04.2023    çap et  çap et