525.Az

Zaxarova Qərbi müharibə istəməkdə ittiham edib


 

Zaxarova Qərbi müharibə istəməkdə ittiham edib<b style="color:red"></b>

Qərb ölkələrinə nəyin bahasına olursa olsun müharibə lazımdır və onlar təxribat, dezinformasiya və təhdidlərin köməyi ilə öz problemlərini həll etməyə üstünlük verirlər.

525.az xəbər verir ki, bu fikri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “İzvestiya” qəzetinin rəy rubrikasında bildirib.

Zaxarova buna misal olaraq anti-Rusiya sanksiyalarını, Ukrayna ordusuna Qərb silahlarının verilməsini göstərib. "ABŞ-nin nəyin bahasına olursa-olsun müharibəyə ehtiyacı olması faktı həm Dövlət Departamentinin, həm də Ağ Evin nümayəndələri tərəfindən təsdiqlənir", - deyə o, yekunlaşdırıb.

Qeyd edək ki, Zaxarova daha əvvəl Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin rus jurnalistlərə söz azadlığını qorumaq üçün viza verilmədiyini izah edən bəyanatını pisləyib. O, belə bir bəyanatı kinli siyasətin zirvəsi adlandırıb.

Havar Şəfiyeva

 





26.04.2023    çap et  çap et