UEFA bu mövsüm Rusiya və Ukrayna klublarının bir-biri ilə oynamasına qadağa qoyub.
Qol.Az-ın məlumatına görə, bununla bağlı UEFA-nın rəsmi saytında yer alan xəbərdə bildirilir ki, iki ölkə arasında siyasi gərginlik göz önünə alınaraq belə qərar verilib:
"Mövcud siyasi vəziyyətdə Rusiya və Ukrayna Futbol Federasiyalar iki ölkə komandalarının qarşılaşmasından sonra baş verə biləcək xoşagəlməz hadisələrdən narahat olduqlarını bildiriblər. Bölgədəki təhlükəsizlik problemlərini nəzərə alan UEFA müəyyən bir tarixə qədər Rusiya və Ukrayna komandalarının Çempionlar Liqası və Avropa Liqasında bir-biri ilə oynamamasına qərar verib”.
çap et