525.Az

Braziliyada "Telegram" qadağan edilib


 

Braziliyada "Telegram" qadağan edilib<b style="color:red"></b>

Braziliyanın federal məhkəməsi neonasist qruplarının administratorları haqqında məlumatı polislə bölüşməkdən imtina etdikdən sonra "Telegram"a müvəqqəti qadağa qoyub. 

525.az xarici mediaya istinadən xəbər verir ki, Braziliya Kəşfiyyat İdarəsinin bəyanatına görə, "Google", "Apple" və dörd Braziliya telekommunikasiya şirkətinə "Telegram"ı tətbiq mağazalarından və digər platformalarından silmək əmri verilib. 

Telegram məlumatları təqdim etməkdən imtina etdiyi müddətcə gündə 198 min dollar cərimələnəcək. Noyabr ayında Aracruzda iki məktəbdə dörd nəfəri öldürən və təxminən on nəfəri yaralayan 16 yaşlı gəncin "Telegram" qruplarında antisemit məzmun yaydığı müəyyən edildikdən sonra polis məlumatların əldə edilməsini istəyib. Polis tərəfindən "Telegram"a edilən məlumat sorğusunda, zorakı ölümləri əks etdirən videoları, bomba hazırlama videolarını, azlıqlara qarşı nifrət təbliğ edən materialları paylaşdığı ifadə edilib. 

Müstəntiqlər ekstremist qrup üzvləri ilə idarəçilər arasında əlaqələr və qrupun qatilin cinayətini törətməsinə təsir edib-etməməsi barədə daha çox öyrənməyə ümid edirlər.

Malik Atilay

 





27.04.2023    çap et  çap et