525.Az

Axtarışda olan 3 nəfər tutulub


 

Axtarışda olan 3 nəfər tutulub<b style="color:red"></b> Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1978-ci il təvəllüdlü Ramin Məmmədov tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, R. Məmmədovdan savayı axtarışda olan daha 2 nəfər saxlanılıb.
 
Bunlardan biri Zaqatala RPŞ-i tərəfindən AR CM-nin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olan 1983-cü il təvəllüdlü Vaqif İsmayılovdur. V.İsmayılov
DİN BCAİ və Yasamal RPİ 27-ci Polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində B. Bağırova küçəsində tutulub.
 
Digər axtarışda olan şəxs isə Bakı şəhər sakini 1958-ci il təvəllüdlü Taleh Novruzovdur. O, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub. Onu Xətai RPİ 37-ci Polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlayıblar.
 





19.07.2014    çap et  çap et