525.Az

Qəsdən adam öldürməyə görə iki il axtarışda olan şəxs tutulub


 

Qəsdən adam öldürməyə görə iki il axtarışda olan şəxs tutulub<b style="color:red"></b>

Zaqatala rayonunda axtarışda olan şəxs Bakıda tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi və Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Zaqatala Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olan 1983-cü il təvəllüdlü Vaqif İsmayılov Bəsti Bağırova küçəsində saxlanılıb.
 
Zaqatala RPŞ-dan APA-ya bildirilib ki, V. İsmayılov Qeysər və Füzuli adlı şəxslərlə birlikdə 2012-ci ildə rayon sakini İbrahimi (soyadı hələlik məlum deyil) qətlə yetirməkdə günahkar bilinir. Qeysər və Füzuli hadisə baş verən vaxt həbs olunsa da, V. İsmayılov istintaqdan yayına bilib.

 





19.07.2014    çap et  çap et