525.Az

Texnofest-2023 festivalı keçirilir


 

Texnofest-2023 festivalı keçirilir<b style="color:red"></b>

İstanbulda Ataturk Hava Limanında Türkiyənin Havaçılıq, Kosmos və Texnologiya Festifalı – Texnofest-2023 keçirilir.

525.az xəbər verir ki, Texnofest artıq 6 ildir ki, təşkil olunur və bu il 7-cisi keçirilir.

Festival çərçivəsində komandalar arasında texnologiya sahəsində yarışlar təşkil olunur, sərgilər keçirilir, uçuşlar nümayiş olunur.

Mayın 1-dək keçirilən festivalda Türkiyənin “Kızılelma” pilotsuz döyüş təyyarəsi, “Bayraktar Akıncı”, “Bayraktar TB3”, “Bayraktar TB2” pilotsuz silahlı döyüş aparatları, “Hürjet” təlim təyyarəsi, “Altay” tankı nümayiş olunur.

Texnofest çərçivəsində Azərbaycan stendi qurulub. Stentdə pilotsuz aparatlar, o cümlədən Bakıda 2-6 oktyabr tarixlərində keçiriləcək Aerokosmonavtika Konqresi haqqında məlumat təqdim olunur.

 





29.04.2023    çap et  çap et