525.Az

Taxıl müqaviləsi uzadıla bilər


 

Taxıl müqaviləsi uzadıla bilər<b style="color:red"></b>

Mayın 18-də başa çatacaq taxıl müqaviləsi uzadıla bilər.

525.az xəbər verir ki, müqavilənin uzadılması şanslarını "Habertürk" telekanalına müsahibəsində Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Hulusi Akar qiymətləndirib.

Nazir sövdələşməni həm Rusiya, həm də Ukrayna üçün faydalı adlandırıb. O, həmçinin bildirib ki, Türkiyə nümayəndələri dostluq şəraitində hər iki dövlətin nümayəndələri ilə onun uzadılmasının faydalarını müzakirə ediblər.

“Müqavilənin uzadılması ehtimalı var. Taxıl mövzusu çörək deməkdir və bu, ehtiyacı olan ölkələr üçün həyati əhəmiyyət kəsb edir. Afrikada aclığın yaratdığı ekstremal hadisələr mümkündür, bunun qarşısı alınmalıdır”, - deyə Akar bildirib.

Qeyd edək ki, bundan əvvəl bildirilmişdi ki, BMT-nin baş katibi Antonio Quterreş Rusiya Prezidenti Vladimir Putinə ünvanlanmış məktubu Rusiyanın xarici işlər naziri Sergey Lavrova təhvil verib. Sənəddə taxıl müqaviləsinin təkmilləşdirilməsi, uzadılması və genişləndirilməsi ilə bağlı təkliflər verib.

Havar Şəfiyeva

 





01.05.2023    çap et  çap et