525.Az

Müdafiə Sənayesi Nazirliyinin baş mühəndisi Kürdə batıb


 

Müdafiə Sənayesi Nazirliyinin baş mühəndisi Kürdə batıb<b style="color:red"></b>

Müdafiə Sənayesi Nazirliyinin (MSN) əməkdaşı Kür çayında batıb.

Salyan Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Nazirliyin Şirvan şəhərində yerləşən “Telemexanika” Zavodunun baş mühəndisi Heydərağa Mirzəyev iyulun 19-da Kür çayında çimərkən boğulub.
 
Qeyd edək ki, hadisə barədə Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb.
 
Məlumatda bildirilir ki, Salyan rayonu Parça Xələc kəndi ərazisində 1963-cü il təvəllüdlü H. Mirzəyev Kür çayında batıb.
 
FHN-in dalğıc-xilasediciləri H. Mirzəyevin cəsədini iyulun 20-də batdığı yerdən 2 km aralıda taparaq çıxarıblar.

 





21.07.2014    çap et  çap et