Luis Felipe Skolarinin istefasından sonra boş qalmış Braziliya millisinin baş məşqçi vəzifəsinə təyinat açıqlanıb.
Qol.Az-ın məlumatına görə, milli komanda veteran futbolçu Karlos Dunqaya həvalə olunub.
Bu barədə Braziliyanın “Qlobo Esporte” qəzeti xəbər yayıb.
Əsl adı Karlos Kaetano Bledorn Veeri olan mütəxəssis 2006-2010-cu illərdə də Braziliya millisinin sükanı arxasında olub. Son olaraq “İnternaşional” klubunu çalışdıran Dunqa 2009-cu ildə Konfederasiyalar kubokunu qazanıb.
Futbolçu karyerası da uğurlu olan Dunqa 1994-cü ildə “sambaçılar”la dünya çempionu olub.
çap et