525.Az

Təyyarə qəzasında həlak olan 251 nəfərin meyiti tapılıb


 

Təyyarə qəzasında həlak olan 251 nəfərin meyiti tapılıb<b style="color:red"></b> Ukraynanın Donetsk vilayətində vurulan Malayziya Hava Yollarının “Boeing” təyyarəsinin qalıqları arasından 251 sərnişinin meyiti və 66 sərnişinin bədəninin hissələri tapılıb.

Lent.az-ın lenta.ru saytına istinadən məlumatına görə, tapılan qalıqlar Torez dəmiryolu stansiyasının vaqon soyuducularına yüklənib. Son məlumata əsasən axtarışlar 120 kvadrat kilometr sahədə aparılıb.

Qeyd edək ki, iyulun 17-də Donetsk vilayətində vurulan Malayziyaya məxsus təyyarədə 298 sərnişin olub.

Raketlə vurulmuş hava gəmisindən sağ çıxan olmayıb.
 





21.07.2014    çap et  çap et