525.Az

Belçikada işə velosipedlə gedənlər pul alacaqlar


 

Belçikada işə velosipedlə gedənlər pul alacaqlar<b style="color:red"></b>

Belçikada işə velosipedlə gedənlər üçün hər kilometrə görə 0,27 avro müavinət məcburi olub. 

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Belçikada Milli Əmək Şurası çərçivəsində işəgötürənlərlə işçi nümayəndələri arasında razılaşma ilə işə velosipedlə gedənlərə velosiped pulu verilməsi məcburi olub. 

Müvafiq olaraq, mayın 1-dən etibarən işçilər işə velosipedlə getdikləri təqdirdə hər kilometr üçün işəgötürəndən 0,27 avro müavinət alacaqlar. Bu müavinət vergidən azad olacaq. 

Bir işçinin gündəlik velosipedlə qət etdiyi məsafə 40 kilometrdən çox ola bilməz. Beləliklə, velosiped pulu gündə 10,8 avro ilə məhdudlaşdırılacaq. İndiyə qədər işəgötürənlər velosiped pulu ilə bağlı qərar verə bilərdilər. Bu çərçivədə işəgötürənlərin təxminən 30 faizi velosipeddən istifadə edən işçilərinə evləri ilə iş yerləri arasındakı məsafəyə görə pul ödəyirdilər.

Qeyd edək ki, yeni tətbiq ilə ölkədə velosipeddən istifadənin daha da genişlənəcəyi gözlənilir.

Malik Atilay 

 





02.05.2023    çap et  çap et