525.Az

Bakıda 19 yaşlı qızla oğlan külli miqdarda pul oğurlayıb


 

Bakıda 19 yaşlı qızla oğlan külli miqdarda pul oğurlayıb<b style="color:red"></b> Bakıda mənzildən külli miqdarda pul oğurlayan şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, iyulun 17-də Qızıl Şərq küçəsində yaşayan Esmira Baxşəliyevanın evindən, qapını açmaqla 3000 manat, 1500 ABŞ dollar, 2000 avro və 15000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən 1995-ci il təvəllüddən olanlar - Neftçala rayon sakini Mirzəağa Mustafayev və Bakı şəhər sakini Nisə Senalı tutulub.
 
Faktla bağlı araşdırma aparılır.
 





21.07.2014    çap et  çap et