"Avropa İttifaqı ilə və Azərbaycan arasında münasibətlər daha da inkişaf edir, intensivləşir. Münasibətlərin inkişafında dialoqun aparılması çox vacib rol oynayır".
525.az xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Piter Mixalko mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycanla münasibətlər daim hər bir sahə üzrə inkişaf edir: "Ticarət, energetika bağlantı və s. Aİ Azərbaycanda islahatları dəstəkləyən ən böyük donordur. Dayanıqlı cəmiyyətdən danışırıqsa, qanunun aliliyi, azad media, sosial-iqtisadi inkişaf bunlar hamısı çox vacibdir. Dəyərlərimiz üzrə Azərbaycan hökuməti ilə işləməyə davam edəcəyik".
Səfir əlavə edib ki, Aİ Azərbaycan əməkdaşlığı çox mühümdür: "Aİ Azərbaycanın ən vacib ticarət tərəfdaşıdır. Bu istiqamətdə xüsusən ötən il nəzərəçarpacaq inkişaf olub. Azərbaycandan 2022-ci ildə dünyaya ixrac edilən malların 53 faizi Aİ-yə ixrac olunub. 2021-ci illə müqayisədə ötən il ticarət dövriyyəmiz demək olar ki, 2 dəfə artıb. Mühitin əlverişli olması təbii ki, investisiyalar üçün çox mühümdür"
Pərvanə
çap et