Almaniya millisinin Braziliyada qazandığı dünya kubokunun bir hissəsi qırılıb.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə Almaniya Futbol Federasiyasının prezidenti Volfqanq Nirsbax açıqlamasında deyib.
O bildirib ki, kuboku kimin zədələdiyi müəyyənləşməyib. Federasiya rəsmisi eyni zamanda qırılmış hissənin mütəxəssislər tərəfindən bərpa ediləcəyini deyib.
Qeyd edək ki, Almaniya millisinin qazandığı kubokun surəti zədələnib. Kubokun əsli isə FİFA-nın İsveçrədəki ofisində saxlanılır.
çap et