525.Az

Ata 1 manata görə 14 yaşlı oğlunu öldürüb


 

Ata 1 manata görə 14 yaşlı oğlunu öldürüb<b style="color:red"></b> Azərbaycanda atası tərəfindən qətlə yetirilən uşaq lal-kar imiş.
 
Bu barədə APA-ya Abşeron Rayon Polis Şöbəsindən məlumat verilib.
 
Məlumatda bildirilir ki, Qobu qəsəbə sakini, 1974-cü il təvəllüdlü Eldəniz Məmmədov yaşadığı evdə ailə münaqişəsi zəminində 14 yaşlı lal-kar oğlu İbrahim Məmmədovu bıçaqla qətlə yetirib.
 
E. Məmmədov ilkin ifadəsində oğlunu anasının cibindən ötən il 1 manat, oxuduğu məktəbdə isə şagirdlərin bir neçə dəfə pulunu oğurladığına görə öldürdüyünü bildirib.
 
E. Məmmədovun həyat yoldaşı isə izahatında bildirib ki, əri spirtli içkidən mütəmadi istifadə edib və xeyli miqdarda borcu olduğuna görə bu hadisəni törədib.
 
Hadisəni törədən E. Məmmədov tutulub.
 
Faktla bağlı araşdırma aparılır.
 





21.07.2014    çap et  çap et