525.Az

"Mona Liza" fonunda olan körpünün Romito körpüsü olduğu iddia edilir


 

"Mona Liza" fonunda olan körpünün Romito körpüsü olduğu iddia edilir<b style="color:red"></b>

Məşhur italyan rəssamı Leonardo Da Vinçinin 16-cı əsrdə çəkdiyi dünyaca məşhur əsəri "Mona Liza"da arxa planda olan körpünün Arezzo əyaləti sərhədləri içərisində olan Laterniadakı Romito körpüsü olduğu iddia edilib. 

525.az xarici mediaya istinadən xəbər verir ki, daha əvvəl dünyanın ən məşhur portreti ilə bağlı müəyyən təsbitlər və diaqnozlar edən tarixçi Silvano Vincentinin koordinasiya etdiyi araşdırmanın nəticələri Romada Xarici Mətbuat Birliyində təşkil edilən mətbuat konfransında açıqlanıb. 

Rəsmdə görünən körpünün bəzi tarixi sənədlər, mövcud fotoşəkillər və məşhur rəsm arasında aparılan müqayisələrə əsaslanan son araşdırmada açıq şəkildə təsbit edildiyini ifadə edən Vincenti: "Bu körpü Romitoda, etrusk-Roma körpüsü olaraq da bilinir. Ponte di Valle, Arezzo əyalətinin Laterina şəhərində yerləşir”, - deyib. 

Vincenti Romito körpüsünün dörd tağının olduğunu və bu gün yalnız bir tağın qaldığını bildirib. İtalyan tədqiqatçı sözügedən körpünün 16-cı əsrdə çox aktiv istifadə edilən bir körpü olduğunu, çünki Arezzo, Fiesole və Florensiya arasındakı səyahəti qısaltdığını və bunun o dövrün Florensiya Dövlət Arxivindəki sənədlərdə də əksini tapdığını izah edib. 

Vincenti qeyd edib ki, sözügedən bölgədəki Arno çayının xarakterik əyri forması Leonardo Da Vinçinin əsərində təsvir edilən zadəgan qadının solunda olan mənzərəyə uyğun gəlir. Vincenti qeyd edib ki, dron görüntülərinin və tarixi sənədlərin təhlili "Mona Liza"nın aşağı sol hissəsində təsvir olunan səhnənin müəyyən edilməsi ehtimalının yüksək olmasına töhfə verib. 

Əvvəllər sözügedən körpünün Piacenza əyalətindəki Bobbioda orta əsrlərə aid körpü və ya Arezzo əyalətindəki Burianoda körpüsü olduğu iddia edilirdi. 

Qeyd edək ki, məşhur rəssam Leonardo Da Vinçinin 1503-1507-ci illər arasında çəkdiyi və florensiyalı tacir Françesko del Cokondonun həyat yoldaşı Liza Gerardini təsvir edən məşhur İntibah dövrü tablosu "Mona Liza" hələ də Parisdəki Luvr muzeyində nümayiş etdirilir.

Malik Atilay 

 





04.05.2023    çap et  çap et