525.Az

"SpaceX" orbitə daha 56 "Starlink" peyki göndərib


 

"SpaceX" orbitə daha 56 "Starlink" peyki göndərib<b style="color:red"></b>

Kosmik nəqliyyat şirkəti "SpaceX"ə məxsus 56 "Starlink" internet peykini orbitə daşıyan "Falcon-9" raketi ABŞ-nin Florida ştatından uğurla orbitə buraxılıb.

525.az xəbər verir ki, iş adamı İlon Maska məxsus kosmik nəqliyyat şirkəti "SpaceX" orbitə daha 56 "Starlink" peyki göndərib. İnternet peykləri daşıyan "Falcon-9" raketi yerli vaxtla saat 03:31-də ABŞ-nin Florida ştatındakı Cape Canaveral Kosmik Qüvvələri Stansiyasından uğurla buraxılıb. "Falcon-9"un təkrar istifadə edilə bilən birinci mərhələ gücləndiricisinin isə Atlantik Okeanındakı "A Shortfall of Gravitas" adlı pilotsuz platformaya enəcəyi açıqlanıb.

Qeyd edək ki, "SpaceX" dünyanın müxtəlif yerlərində internetə qoşulmaqda çətinlik çəkən bölgələrə genişzolaqlı internet xidməti təmin etmək üçün inkişaf etdirildiyi bilinən "Starlink" peyklərindən 46-sını keçən həftə orbitə göndərmişdi.

Məhəmməd Tağıyev

 





04.05.2023    çap et  çap et