525.Az

Donetskdə vurulmuş təyyarəyə görə xarici ekspert qrupu yaradılıb


 

Donetskdə vurulmuş təyyarəyə görə xarici ekspert qrupu yaradılıb<b style="color:red"></b> Donetsk vilayətində vurulan Malayziya Hava yollarına məxsus “Boeing” təyyarəsinin qalıqlarını araşdırmaq üçün Ukraynaya 31 xarici ekspert gəlib.

Lent.az-ın Ria Novosti-yə istinadən məlumatına görə, bu barədə Ukraynanın baş naziri Arseni Yaçenyuk keçirdiyi brifinqdə deyib.
 
O bildirib ki, ekspertlərdən 23-ü Hollandiya, 2-si Almaniya, 2-si ABŞ, 1-i isə Böyük Britaniyadandırlar. Həmçinin Avstraliya səfirliyinin də 3 təmsilçisi heyətdə yer alacaq.
 
Qeyd edək ki, iyulun 17-də Donetsk vilayətində vurulan Malayziyaya məxsus təyyarədə 298 sərnişin olub. Ölənlərdən 251-nin meyiti tapılıb. Raketlə vurulmuş hava gəmisindən sağ çıxan olmayıb.
 





21.07.2014    çap et  çap et