525.Az

Əfqanıstanda terrorçularla qanlı toqquşma: 42 ölü, 19 yaralı


 

Əfqanıstanda terrorçularla qanlı toqquşma: 42 ölü, 19 yaralı<b style="color:red"></b> Əfqanıstanın Faryab bölgəsində təhlükəsizlik xidmətinin əməkdaşları ilə “Taliban” yaraqlıları arasında güclü atışma olub.

Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində  42 nəfər həyatını itirib.
 
Yerli hüquq-mühafizə orqanlarının açıqlamasında qeyd olunur ki, ölənlərdən 29-u terrorçu, 9 nəfəri təhlükəsizlik xidmətinin əməkdaşı, 4 nəfər isə mülki sakin olub.
 
16 yaraqlının və eləcə də 3 polis əməkdaşının da ağır yaralandığı bildirilir. Qarşıdurma nəticəsində bölgə sakinlərinin çoxu evlərini tərk edib.
 





21.07.2014    çap et  çap et