525.Az

"Zərifə və Heydər Əliyevlər - Əbədiyaşar məhəbbət"


 

XALQ YAZIÇISI ELMİRA AXUNDOVANIN YENİ KITABININ TƏQDİMATI KEÇİRİLDİ

"Zərifə və Heydər Əliyevlər - Əbədiyaşar məhəbbət"<b style="color:red"></b>

Xalq yazıçısı Elmira Axundovanın "Zərifə və Heydər Əliyevlər - Əbədiyaşar məhəbbət" kitabı çapdan çıxıb. Dünən “Libraff” kitab mağazasının “Park Akademiya” filialında kitabın təqdimat mərasimi keçirilib. Təqdimatda AMEA-nın prezidenti İsa Həbibbəyli, Xalq yazıçısı Çingiz Abdullayev, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, millət vəkili Hicran Hüseynova və digər ziyalılar, ictimai xadimlər, ədəbiyyat adamları iştirak ediblər.

Kitabda xalqımızın tarixində müstəsna yeri olan iki parlaq şəxsiyyətin - Zərifə və Heydər Əliyevlərin boya-başa çatdıqları ailələrindən, uşaqlıq və gənclik illərindən, həyatın bütün çətinliklərinə birgə sinə gərməyə kömək edən əbədiyaşar məhəbbətindən söhbət açılır. Müəllif özü bu barədə belə yazır: "İrihəcmli əsər - altıcildlik "Heydər Əliyev. Şəxsiyyət və zaman" roman-tədqiqatı üzərində işlədiyim dövrdə, təbii ki, qəhrəmanımın ömür-gün yoldaşının şəxsiyyəti ilə də yaxından maraqlanmışdım. Çoxsaylı müsahiblərim Zərifə xanım haqqında, xüsusən də Heydər Əliyevlə qarşılıqlı münasibətləri barədə xeyli maraqlı şeylər danışmışdılar.

Zaman keçdikcə bu mozaik epizodlardan mükəmməl bir lövhə yarandı. Və başa düşdüm ki, Heydər Əliyevə həqiqi ailə xoşbəxtliyi, istedadlı oğul və qız bəxş edən Yeganə Qadın haqda yazmasam, qəhrəmanımın həyat və tale epopeyası yarımçıq olacaq. "Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət" adlı kitab ideyası belə yarandı".

Əsər "Xarakterlərin formalaşması (1940-cı illər - 1950-ci illərin əvvəlləri)", "Sevmək haqqı", "Əks-kəşfiyyatçının şəxsi həyatı", "Ordinatorluqdan akademikliyə", "Lider", "Respublika rəhbərinin xanımının gündəlik həyatı", "Qalstuksuz" Heydər Əliyev (XX əsrin 70-ci illəri)", "Moskva həyatı (7 saylı hökumət bağının divarları arxasında)", "O, əzablarını sona qədər gizlətdi...", "Ölümə qalib gələn məhəbbət" adlı bölmələrdən ibarətdir.

Kitab TEAS Press nəşriyyatında çapa hazırlanıb.

 





05.05.2023    çap et  çap et