525.Az

“Ümummilli lider Heydər Əliyev və Gəncə” mövzusunda Respublika Konfransı keçirilib


 

“Ümummilli lider Heydər Əliyev və Gəncə” mövzusunda Respublika Konfransı keçirilib<b style="color:red"></b>

“Ümummilli lider Heydər Əliyev və Gəncə” mövzusunda Respublika Konfransı keçirilib.

525.az xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi tərəfindən Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Respublika konfransına Bakı, Gəncə və digər bölgələri elmi-tədqiqat ali təhsil ocaqlarını təmsil edən alim və tədqiqatçılar qatılıblar.

Tədbirdən əvvəl iştirakçılar müasir Azərbaycanın memarı, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini onun Gəncənin mərkəzindəki abidəsinin önünə qül-çiçək qoymaqla yad ediblər.

Sonra qonaqlar AMEA Gəncə Bölməsində Ulu öndərin Azərbaycanın quruculuq straregiyasının çoxistiqamətli tədqiqi yönündə ərsəyə gətirilmiş monoqrafiya, kitab, kataloq və digər elmi nəşrlər, eləcə də Heydər Əliyevin bu şəhərə tarixi səfərlərini əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxıblar.

Daha sonra Azərbaycan Respublikasının Himni səslənib, Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib.

Respublika konfransının İlk iclasındakı açılış nitqində AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev konfrans iştirakçılarını salamlayaraq, Heydər Əliyev ömrünün istənilən sahədə çalışan hər bir vətəndaş üçün örnək olduğunu, Ulu öndərin dövlətçiliyimizin, iqtisadiyyatımızın və ölkə həyatının digər vacib sahələrinin formalaşdırılması, Azərbaycançılıq strategiyasının əsaslarının yaradılması istiqamətindəki əzmkar fəaliyyətinin, o cümlədən, onun Gəncənin inkişafı naminə gördüyü işlərin neçə-neçə elmi tədqiqatlar üçün tükənməz qaynaq olduğunu qeyd edib. F.Əliyev bu mötəbər elmi toplantının da bu məqsədlərə xidmət edəcəyinə inandığını bildirib.

Konfransa bir proloq olaraq, AMEA Gəncə Bölməsi tərəfindən hazırlanmış “Heydər Əliyev və Gəncə” videofilmi nümayiş etdirilib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev öz çıxışında böyük elmi və ictimai əhəmiyyət kəsb edən bu konfransın təşkili üçün AMEA Gəncə Bölməsinin kollektivinə minnətdarlıq bildirib. A.Tağıyev Ulu öndərin Azərbaycanın inkişaf strategiyasında Gəncənin roluna xüsusi diqqət ayırdığını, ənənələrlə yenilikçiliyin vəhdətinin təcəssümü olan şəhərin məhz Heydər Əliyevin diqqət və himayəsilə böyük nailiyyətlərə qovuşduğunu qeyd edib.

İki gün davam edən respublika Konfransında  Ümummilli lider Heydər Əliyevin Respublikamızın ikinci şəhərinin iqtisadiyyatı, elmi, mədəniyyəti, təhsili, səhiyyəsi və digər həyati sahələrinin intibahında fundamental məsələləri əhatə edən mövzulara dair 19 məruzə dinlənilib və onlar ətrafında müzakirələr aparılıb.

Respublika konfransının materiallarının Bölmə tərəfindən ayrıca kitabça halında nəşr edildilyini də diqqətə çatdırılıb.

Zakir Muradov, Gəncə

 





05.05.2023    çap et  çap et