525.Az

Braziliyada "Telegram" qadağan edilib


 

Braziliyada "Telegram" qadağan edilib<b style="color:red"></b>

Braziliyanın federal məhkəməsi mesajlaşma xidməti neonasist qruplarının administratorları haqqında məlumatı polislə bölüşməkdən imtina etdikdən sonra "Telegram"a müvəqqəti qadağa qoyub. 

525.az xəbər verir ki, Braziliya Kəşfiyyat İdarəsinin bəyanatına görə, Google, Apple və dörd Braziliya telekommunikasiya şirkətinə "Telegram"ı tətbiq mağazalarından və digər platformalarından silmək əmri verilib. 

Telegram məlumatları təqdim etməkdən imtina etdiyi müddətcə gündə 198 min dollar cərimələnəcək.

Qeyd edək ki, noyabr ayında Aracruzda iki məktəbdə dörd nəfəri öldürən və təxminən on nəfəri yaralayan 16 yaşlı gəncin "Telegram" qruplarında antisemit məzmun yaydığını müəyyən etdikdən sonra polis məlumatların əldə edilməsini istəyib. 

Malik Atilay

 





05.05.2023    çap et  çap et