525.Az

Rusiyalı yazıçı Zaxar Prilepinə sui-qəsd olub - YENİLƏNİB


 

Rusiyalı yazıçı Zaxar Prilepinə sui-qəsd olub - <b style="color:red">YENİLƏNİB</b>

Rusiyalı yazıçı və siyasətçi Zaxar Prilepinə qarşı sui-qəsd cəhdinin bəzi təfərrüatları məlum olub.

525.az APA-ya istinadən xəbər verir ki, bu gün yerli vaxtla yazıçının olduğu “Audi Q7” markalı avtomobil Nijeqorod vilayətinin Bor şəhərində hərəkətdə olan zaman partladılıb.

Nəticədə Prilepin ağır yaralanıb. Onun sürücüsü və mühafizəçisi Ukrayna vətəndaşı olan Aleksandr ölüb.

Məlum olub ki, Prilepin bu gün Donetskdən gəlirmiş. Avtomobildə onun qızının da olduğu, partlayışdan az əvvəl avtomobildən düşdüyü bildirilib.

Prilepinin vəziyyətinin ağır olduğu, hazırda partlayışın baş verdiyi ərazidə olduğu, həkimlərin onun təxliyəsi üçün helikopter gözlədiyi qeyd olunub.

***

Rusiyalı yazıçı Zaxar Prilepinə sui-qəsd olub.

525.az APA-ya istinadən xəbər verir ki, Prilepinə sui-qəsd cəhdi Nijni Novqorodda baş verib.

İlkin məlumatlara görə, yazıçının olduğu avtomobildə partlayıcı qurğu işə düşüb. Sürücü ölüb, Prilepin isə yaralanıb.

 





06.05.2023    çap et  çap et