525.Az

Ukrayna: Rusiyaya məxsus zenit-raket kompleksi məhv edilib


 

Ukrayna: Rusiyaya məxsus zenit-raket kompleksi məhv edilib<b style="color:red"></b>

Son sutka ərzində Ukrayna aviasiyası Rusiya ordusunun hərbi texnikasının və şəxsi heyətinin cəmləşdiyi ərazilərə 7 zərbə endirib. Rusiyaya məxsus zenit-raket kompleksinə də zərbə endirilib.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı mayın 7-də səhər saatlarında məlumat yayıb. Qeyd olunur ki, gün ərzində Müdafiə Qüvvələri 7 hücum və 8 kəşfiyyat xarakterli PUA-nı da məhv edib.

Bundan başqa, raket qoşunları və artilleriya bölmələri komanda məntəqəsini, düşmənin silah və hərbi texnikasının cəmləşdiyi 3 ərazini, həmçinin atəş mövqeyində olan artilleriya bölməsini vurub.

 





07.05.2023    çap et  çap et