525.Az

Rusiya hərbçiləri 3 Ukrayna PUA-sını vurub


 

Rusiya hərbçiləri 3 Ukrayna PUA-sını vurub<b style="color:red"></b>

Rusiya hərbçiləri “Verba” daşınabilən zenit-raket kompleksindən istifadə edərək, Ukrayna Silahlı Qüvvələrinin 3 pilotsuz təyyarəsini vurub.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin “Mərkəz” qrupunun mətbuat mərkəzinin rəhbəri Aleksandr Savçuk bildirib.

O, həmçinin bildirib ki, Krasnolimansk istiqamətində Rusiya artilleriya bölmələri Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və atəş vasitələrinin cəmləşdiyi ərazilərə zərbə endirib.

 





07.05.2023    çap et  çap et