"Ulduz" jurnalının aprel sayı işıq üzü görüb. "Ulduz" jurnalı, "Ədəbiyyat qəzeti" və "Təhsil Nəşriyyat-Poliqrafiya" MMC-nin ortaq layihəsi çərçivəsində dərc olunmuş dərginin özəl sayı Ümummil lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib.
Dərgidə ilk yazı Xalq yazıçısı Anarın " Qalib gəldi, qalib getdi" sərlövhəli məqaləsidir. Məqalə müəllifin Ulu öndərlə bağlı düşüncələrini, xatirələrini və unudulmaz görüşlərlə bağlı mülahizələrini əhatə edir. Xalq yazıçısı Elçinin bu nömrədə dərc edilən yazısı "Dünya axirət əkini" adlanır. Xüsusi nömrədə professor Yaşar Qarayevin, akademiklər İsa Həbibbəyli, Nizami Cəfərov və Kamal Abdullanın, professor Qəzənfər Paşayevin Ümummilli lider haqqında fikirlərini əks etdirən yazılara yer verilib. Professor Mahirə Nağıqızı, ədəbiyyatşünaslar Aygün Bağırlı, Pərvanə Bakirqızı, Elnarə Akimova, "Ulduz"un baş redaktoru Qulu Ağsəs, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan, naşir Tural Axundov, tədqiqatçı Aslan Salmansoy və yazıçı Xeyrəddin Qoca da bu nömrədəki yazılarda Ulu öndərlə bağlı düşüncələrini bölüşüblər. Sözügedən nəşrdə Heydər Əliyevin kəlamları və ona həsr edilmiş şeirlərlə yanaşı, dahi lider haqqında ölkə xaricində çap olunmuş kitablardan seçmə fikirlər də yer alıb.
çap et