525.Az

Rusiyalı yazıçıya qarşı bombalı hücum


 

Rusiyalı yazıçıya qarşı bombalı hücum<b style="color:red"></b>

Rusiyanın tanınmış millətçi yazıçılarından olan Zaxar Pripelinə bombalı hücum edilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Prilepin Ukraynanın şərqindəki Donbasdakı Rusiya hərbi hissəsinin həddən artıq çox insanı öldürməsi ilə öyünüb. 

Rusiya-Ukrayna müharibəsinə verdiyi dəstəyi ilə gündəmə gələn, hətta Donbas bölgəsində hərbi xidmətdə olarkən “ən çox ukraynalını bizim birlik öldürüb” deyə öyünən rus millətçi yazıçı Zaxar Prilepin bombalı hücuma məruz qalıb. 

Rusiyanın TASS xəbər agentliyinin məlumatına görə, millətçi yazıçının avtomobilinə bomba qoyulub. Bombanın partlaması ilə yazıçı ağır yaralarla xəstəxanaya çatdırılıb. "Pripelin sağ qalıb, lakin yaralanıb və huşunu itirib", - xəstəxana rəsmiləri bildirib. 

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova: "Həqiqət üzə çıxdı: Vaşinqton və NATO daha bir beynəlxalq terror təşkilatı olan Kiyev rejimini qidalandırıb. Bu, ABŞ və Rusiyanın birbaşa məsuliyyətidir", - deyib.

Lakin Zaxarova ittihamı təsdiqləyən heç bir sübut təqdim etməyib.

Malik Atilay

 





08.05.2023    çap et  çap et