525.Az

ADU-nun professoru “Fəxri doktor” diplomu ilə təltif edilib


 

ADU-nun professoru “Fəxri doktor” diplomu ilə təltif edilib<b style="color:red"></b>

Azərbaycan Dillər Universitetinin (ADU) Fəlsəfə və ictimai elmlər kafedrasının professoru, iqtisad üzrə fəlsəfə doktoru Şəfəq Abdullayeva Beynəlxalq Psixologiya Akademiyasının “Fəxri doktor” diplomu ilə təltif edilib.

525.az xəbər verir ki, Beynəlxalq Psixologiya Akademiyasının rektoru Valentina Kaçmala rəhbərlik etdiyi akademiyanın Fəxri doktor diplomunu təqdim etməkdən şərəf duyduğunu vurğulayıb.

Şəfəq Abdullayeva ona verilən fəxri ada və göstərilən diqqətə görə Beynəlxalq Psixologiya Akademiyasının rəhbərliyinə və Elmi Şura üzvlərinə öz minnətdarlığını bildirib.

Qeyd edib ki, bu ali mükafat iki ölkə arasındakı dostluq münasibətlərinin göstəricisidir və Ukrayna ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün atılan addımlardandır.

Dostluq və qarşılığın etimad şəraitində Ukrayna ilə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi və yeni perspektivlərin yaranması üçün bundan sonra da imkan və səy göstəriləcək.
 

 





08.05.2023    çap et  çap et