525.Az

162 nömrəli məktəbdə Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbir keçirilib


 

162 nömrəli məktəbdə Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbir keçirilib<b style="color:red"></b>

Dünən Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı tədbir keçirilib.

525.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Arzu Nəzərova deyib ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter alıb. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib.

Onun sözlərinə görə, Heydər Əliyev fenomeninin ən mühüm göstəricilərindən biri də Azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsidir. Ulu öndərin vətənpərvər fəaliyyətinin nəticəsi olaraq respublikada milli ruhlu ziyalı təbəqəsi formalaşıb. Böyük strateq Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri, habelə bir neçə onillikdən sonra müstəqillik əldə edəcək ölkənin  gələcəyinə hesablanmış digər məqsədyönlü addımları ilə özünün ümummilli lider obrazını yaratmış, tarix isə böyük öndərin bu statusunu bütün mərhələlərdə qoruyub.

Direktor qeyd edib ki, rəhbəri olduğu məktəb ölkənin ictimai -siyasi, mədəni həyatında baş verən hadisələrə həsr olunan silsilə tədbirlər də keçirilir:

“Bu günə kimi məktəbdə keçirilən bir çox tədbirlər yüksək səviyyədə təşkil olunub. Birinci Qarabağ Vətən müharıbəsindəTərtər rayonunun Qapanlı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Etibar Əliyevin adını daşıyan 162 saylı məktəbdə tez -tez Qarabağ müharibəsinin iştirakçıları, şəhid və qazi ailələriylə görüşlər keçirilir. Hər il Zəfər günü ilə bağlı keçirilən təntənəli tədbirlər xalqımız kimi şagirdlərin də ən sevimli, fərəhli günününə çevrilib. 2023- cü il Ulu öndər Heydər Əliyev ili kimi ölkənin  hər yerində təntənə ilə qeyd olunur. Səbail rayonu 162 nömrəli tam orta məktəb də bu təşəbbüsü böyük fərəh və ruh yüksəkliyi ilə qeyd edir”.

Sonra məktəbin direktoru Arzu Nəzərova başda olmaqla məktəb müəllimlərinin və şagirdləri Fəxri Xiyabanda dahi liderin məzarı ziyarət edilib.

Ziyarət ərəfəsində məktəbin direktoru Arzu Nəzərova şagirdlərə xalqımızın Ümummilli lideri Heydər Əliyevin keçdiyi şərəfli ömür yolunun gələcək nəsillər üçün örnək olduğunu qeyd edib.

 

 





08.05.2023    çap et  çap et