525.Az

Rusiya Kiyevə 15 raket atıb


 

Rusiya Kiyevə 15 raket atıb<b style="color:red"></b>

Rusiya qoşunları bu gecə Ukraynanın paytaxtı Kiyevə raket zərbələri endirib. Hava hücumundan müdafiə qüvvələri bütün hədəfləri məhv edib.

525.az "RBC Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası məlumat yayıb.

Qeyd edilir ki, gecə saatlarında reallaşdırılan hücum Xəzər dənizi ərazisindən Tu-95MS strateji bombardmançı təyyarələri tərəfindən həyata keçirilib.

“K-101” (X-555) tipli atılan qanadlı raketlərin hədəflərə çatmadığı bildirilir. İlkin məlumata görə, Kiyev ətrafındakı hava məkanında düşmənin 10-a yaxın hava hədəfi aşkarlanaraq məhv edilib.

 





09.05.2023    çap et  çap et