525.Az

Kanadalı jurnalist atasının həyatına dair podkastı ilə Pulitzeri qazanıb


 

Kanadalı jurnalist atasının həyatına dair podkastı ilə Pulitzeri qazanıb<b style="color:red"></b>

Kanadanın Saskaçevan əyalətində jurnalist olan Connie Uolker atasının internat məktəbində yaşadıqlarından bəhs edən podkastına görə Pulitzer mükafatını qazanıb. 

525.az xarici KİV-ə istinadən bildirir ki, Cənubi Saskaçevandakı Okanese Birinci Millət Cəmiyyətinin üzvü olan jurnalist Uolker komandası ilə birlikdə “Oğurlanmış: Müqəddəs Maykldan sağ qalanlar” adlı əsərinə görə dünyanın ən yaxşı jurnalistika mükafatına layiq görülüb. 

"Ən yaxşı audio reportaj" üçün aldığı 2023 Pulitzer Mükafatı haqqında mətbuata danışan Uolker: "Mən hələ də şokda olduğumu hiss edirəm. Bu, çox şey deməkdir. İnanılmaz bir şərəfdir. Mən bunları paylaşan bütün insanları düşünürəm. İnsanlar bu hekayələri bilməlidirlər. İndi bunu daha çox insan eşidəcək”, - deyib.

Birincisi 1880-ci illərin əvvəllərində açılan və sonuncusu 1998-ci ildə bağlanan kilsə internat məktəbləri "Kanada tarixində ən böyük uşaq zorakılığının yeri" hesab edilir. 150 mindən çox yerli uşağın zorla ailələrindən alınaraq məskunlaşdırıldığı bu məktəblərdə uşaqların əksəriyyəti keşişlər, rahibələr və digər müəllimlər tərəfindən fiziki, cinsi və psixoloji zorakılığa məruz qalıb. 

2010-cu ildə ölkədə yaradılmış Həqiqət və Barışıq Komissiyası tərəfindən qeydə alınan sui-istifadə halları ilə yanaşı, bəzi uşaqların üzərində tibbi təcrübələrin aparıldığı da müəyyən edilib. Kanada Federal Hökuməti aclıq, soyuqluq və xəstəlik nəticəsində minlərlə uşağın həyatını itirdiyi internat kilsə məktəblərində baş verənlərə görə qurbanlardan rəsmən üzr istəyib. 

Qeyd edək ki, dünyanın ən nüfuzlu media mükafatı kimi tanınan Pulitzer mükafatı 21 fərqli mövzuda çalışan jurnalistlərə verilir.

Malik Atilay

 





10.05.2023    çap et  çap et