525.Az

İranda elektrik stansiyasında yanğın baş verib


 

İranda elektrik stansiyasında yanğın baş verib<b style="color:red"></b>

İranın İsfahan şəhərində elektrik stansiyasında nəhəng yanğın baş verib.

525.az İranın rəsmi xəbər agentliyi Tesnim-in xəbərinə istinadən bildirir ki, İsfahan əyalətinin Dorce rayonunda Şəhid Abbaspur Elektrik Stansiyasında yanğın baş verib. 

Bildirilib ki, yanğınsöndürmə briqadaları yanğını nəzarət altına almağa çalışır və yanğının böyüklüyünə görə İsfahandakı bütün yanğınsöndürmə briqadaları yanğına müdaxilə etmək üçün göndərilib.

Qeyd edək ki, yanğının səbəbləri barədə məlumat verilməyib.

Malik Atilay

 





10.05.2023    çap et  çap et