525.Az

Azərbaycanda vergi daxilolmaları 52 faiz artıb


 

Azərbaycanda vergi daxilolmaları 52 faiz artıb<b style="color:red"></b>

Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 52,4 % artaraq 7 milyard 672,2 milyon manat təşkil edib.

525.az xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov tviterdə bildirib.

Onun sözlərinə görə, 4 aylıq vergi daxilolmalarının 4 milyard 3,4 milyon manatı qeyri-neft-qaz sektorunun hesabına formalaşıb. Bu isə 1 il əvvələ nisbətən 16,7 % çoxdur.

"Vergi daxilolmalarının artımında “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, #biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması istiqamətində atılan addımların əhəmiyyətli rolu var", - deyə nazir qeyd edib.

 





11.05.2023    çap et  çap et