525.Az

Milli düşüncə və ictimai fikir tariximizin parlaq siması


 

Milli düşüncə və ictimai fikir tariximizin parlaq siması<b style="color:red"></b>

Azərbaycanın görkəmli ziyalısı, Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk müsəlman məzun, Azərbaycanın ilk universitet təhsilli alim müəllimi, İslam dünyasının ilk təbiətşünas alimi, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi (1869-cu il), təkcə Azərbaycanda deyil, müsəlman Şərqində xeyriyyəçilik hərəkatının banisi ("Cəmiyyəti-Xeyriyyə", 1872), 1873- ildə öz şagirdləri ilə birlikdə Bakıda Azərbaycan dilində ilk teatr tamaşası göstərən mədəniyyət xadimi (1873- il), Rusiyada ilk türkdilli qəzetin - "Əkinçi"nin naşiri, Azərbaycan mətbuatının banisi (1875-ci il iyul ayının 22-i), Azərbaycanda ilk qızlar gimnaziyasının açılmasının təşəbbüskarı, təşkilatçısı, Azərbaycan müəllimlərinin birinci qurultayının təşkilatçısı qurultayın sədri (1906). Bu epitetləri özündə birləşdirən, hər bir azərbaycanlının qürurla, ehtiramla yad etdiyi böyük dəyərdir Həsən bəy Zərdabi. bu epitetləri sıralayarkən istər-istəməz insanın beynindən bu fikirlər keçir: torpağı, ruhu, dili, dini tapdaq altına salınaraq əzilən bir ölkənin aydını, yaşadığı toplumun gözündəki cəhalət pərdəsini parçalayacaq, xalqını geriçilikdən, savadsızlıq bataqlığından qurtaracaq insan bax bu cür olmalı, özündə bu xüsusiyyətləri birləşdirməli idi mütləq!

Allah-Təala Həsən bəyə böyük istedad bu istedadını ömrünün sonunadək yolunda istifadə edəcəyi bitib-tükənməz Vətən-millət sevgisi bəxş etmişdi. O, məişət problemlərindən tutmuş, ən ali məsələlərə qədər qələmə aldığı hər bir mövzunun ustasına, yolgöstərəninə çevrilmişdi. Onun zəngin irsini mütaliə etdikcə heyrətlənməmək qeyri-mümkündür. Hansısa sahənin bilicisinə çevrilmək, həmin sahədə uğur əldə etmək, ona dərindən bağlanmaq olar. Lakin cəmiyyət həyatının bütün sahələrinə nüfuz etmək hər sahəyə peşəkarcasına yanaşmaq, onun bilicisi olmaq məhz Tanrı vergisi böyük əzmkarlıq sayəsində əldə edilir. Bütün bu keyfiyyətlər Həsən bəyin böyük hərtərəfli ziyalı olduğuna dəlalət edirdi. Təsadüfi deyil ki, müasirləri onu "Zaqafqaziya müsəlman ziyalılarının müəllimi mənəvi atası" adlandırırdılar.

Həsən bəyin yaradıcılığına, hətta ötəri nəzər salmaq da kifayət edir ki, ondakı Vətən millət sevgisinin hüdudsuzluğu görünsün. O, gənc nəslin tərbiyə edilib maariflənməsi üçün əvvəlcə xeyriyyə cəmiyyətləri ilə yanaşı, teatr kimi digər vasitələrə əl atdı. 1873- ildə onun rəhbərliyi ilə Mirzə Fətəli Axundovun "Hacı Qara" komediyası tamaşaya qoyuldu. Bu, Azərbaycanda milli teatrın əsasının qoyulması idi. Ancaq sonralar Həsən bəy Zərdabi təkcə xeyriyyə cəmiyyətləri teatr vasitəsilə xalqın həqiqi mənada maariflənməsinə nail olmağın mümkünsüzlüyünü anladı maarif işi üçün geniş imkanlar aça bilən ideya vasitələri axtarışına başladı. Şübhəsiz, bu vasitə milli mətbu orqanın təsis edilməsi idi. Zərdabi qəzeti elə bir tribunaya çevirmək istəyirdi ki, onun vasitəsilə xalqla danışmaq, problemləri barədə söhbət etmək mümkün olsun. O, "Rusiyada əvvəlinci türk qəzetəsi" adlı məqaləsində yazırdı: "Bizim sabiq "Cəmiyyəti-xeyriyyə" bina tutmadığından, teatr oynanan otaq boş qaldığından aşkar oldu ki, müsəlman qardaşlarımızı bir yerə cəlb edib, zəmanəyə müvafiq məktəbxanələr açdırıb, küçə bazarlarda qalan uşaqları oxutmaq olmayacaq. Elmsiz bu zəmanədə dolanmaq mümkün deyil... Belədə qayırmalı? Hər kəsi çağırıram gəlməyir, deyirəm qanmayır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın... Belədə qəzet çıxarmaqdan savayı qeyri bir əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru söz yerdə qalsın..."

Təbii ki, ictimai-siyasi hadisələri işıqlandırmaqla əsas məqsədi Azərbaycan xalqının gözünü açmaq, onu cəhalət avamlıq yuxusundan ayıltmaq, köhnə cəmiyyətin çürüklüyünü hamıya göstərmək, xalqı öz insani hüquqları uğrunda mübarizəyə çağırmaq, dolayısıyla, zülm istibdaddan xilas etmək olan qəzet uzunömürlü olmaq üçün, bir növ, loyal olmalı idi. Axı qarşı tərəf müstəmləkəçilik siyasəti yürüdən, mütərəqqi mətbuat orqanlarını daim nəzarətdə saxlayan çarizm idi. Ancaq Həsən bəy qorxmadan, çəkinmədən "Əkinçi" qəzetinin elə ilk nömrəsindəcə çarizmin, feodal istehsal üsulunun artıq yaramaz olduğuna işarə edərək yazırdı: "Bəs olmaz ki, dünyada həmişə bir qayda ilə rəftar olsun səlah deyil ki, xalqı keçmiş zamanın qaidəsi ilə yaşamağa məcbur edəsən".

"Əkinçi"nin təkcə naşiri redaktoru deyil, həm onun ədəbi əməkdaşı, müxbiri, korrektoru, mürəttibi, qəzetin abunə yayımı üzrə müvəkkili idi Həsən bəy. bütün bu işləri ilk vaxtlar qəzeti xalq arasında pulsuz paylamaqla görürdü. Əsas niyyəti bu idi: "Xalqı qəzet oxumağa öyrədəcəyəm, adət edəcəklər, ondan sonra qəzetsiz darıxacaqlar". Özü elə bir vaxtda deyirdi ki, həyat yoldaşı Hənifə xanım Məlikovanın təbirincə desək, "Çardan qorxaraq qəzeti oxumayanların sayı, Allahdan qorxaraq oxumayanların sayından artıq idi". Vur-tut 56 sayı çap edilən "Əkinçi" qarşısına qoyduğu missiyanı - xalqı cəhalət qəflət yuxusundan oyatmaq, onu müasir, mütərəqqi ruhda tərbiyə etmək - ləyaqətlə başlatdı nəşrə başlamasından iki il sonra qapadılsa da, milli mətbuatımızın genetik kodunu müəyyənləşdirdi. Əslində, qəzetin keçdiyi qısa, ancaq şərəfli yolu Hənifə xanım Məlikovanın bu sözləri özətləyir: "Qəzet bütün Rusiyada olan müsəlmanları hərəkətə gətirdi. O, elektrik cərəyanı kimi bütün müsəlman aləmini dolaşdı. Yatmış müsəlman aləmini hərəkətə gətirmək üçün heç bir şey - məktəb, teatr bu cür təsir edə bilməzdi".

Bu faktdır ki, Həsən bəy Zərdabi kimi insanlar millət üçün, böyük missiya üçün göndərilmişlər. O, bütün həyatını xalqının oyanması, inkişafı, tərəqqisi üçün xərclədi. Bu günün prizmasından baxanda, Həsən bəy ən azı 20 mütəxəssisin işini görürdü. Heyrət edirsən ki, elmin, texnikanın zəif bəsit dövründə bu işlərin öhdəsindən necə gəlirdi?! O, nəşr etdirdiyi "Əkinçi" qəzetini dünya mətbuatı ilə müqayisə edərək yazırdı: "Dünyada hər qəzeti beş, ya on adam inşa edir. Onu çap edən, hərflərini düzən, qələtlərini düzəldən başqa kəslər  olur. Amma bu işlərin hamısını gərək mən özüm görüm. Ey bizə diqqət edənlər, bu qəzetin kəsrini görəndə gülməyin. Gülmək yeri deyil. Siz ağlayın ki, bizim müsəlmanların bircə qəzeti basdırmağa adamı yoxdur".

Mövzuları da rəngarəng olan "Əkinçi"nin ilk növbədə səhifəsində demokratik ruhlu fikirlər öz əksini tapdı. Din pərdəsi altında insanları cəhalətə, geriliyə çəkənlər ciddi tənqid atəşinə tutuldu. Zərdabi bütün qələbələri ancaq tərəqqidə görürdü. Bu səbəbdən məqalələrinin əksəriyyətində həmfikirlərini bu yolda mübarizə aparmağa səsləyirdi. O deyirdi: "Bizim zəmanə tərəqqi zəmanəsidir tərəqqi etməyən taifə günü-gündən tənəzzül edib axırda puç olacaq, ona binaən bizim şüəra qardaşlarımızdan ki onlar əlhət xalqın gözçüsüdürlər, iltimas edirik, təqazayi-zəmanəyə müvafiq, xəlqin gözünü açmağa səy etsinlər".

"Əkinçi"nin həyata gəlməsi milli təfəkkürlü ziyalılar nəslinin yetişməsində böyük tarixi xidmətlər göstərdi. Əlimərdan bəy Topçubaşov Həsən bəy Zərdabi ilə bağlı qələmə aldığı xatirələrində onun xidmətini yüksək dəyərləndirərək bildirirdi ki, millətin xoş sabahını ancaq ancaq tərəqqidə görən bu cəfakeş qələm sahibi ağır zərbələrin önündə, əslində, təkbaşına dayanmışdı. Onun xidmətləri misilsiz olub. Dəstəkləyənləri, sevənləri, rəğbət göstərənləri olsa da, mübarizə meydanında, savaş anında Həsən bəy Zərdabi yalnız öz gücünə, öz daxili enerjisinə söykənirdi.

Bütün bunlara baxmayaraq, mətbuat qurucusunu dəstəkləyən "Əkinçi"lər yetişirdi. Milli dramaturgiyamızın əsasını qoyan Mirzə Fətəli Axundzadə, ilk şeirləri milli mətbuatımızın səhifələrində dərc edilən Seyid Əzim Şirvani, Həsən bəy Zərdabini böyük rəğbətlə dəstəkləyən Nəcəf bəy Vəzirov, vaxtilə bu unudulmaz naşirin şagirdi olmuş, Azərbaycan mədəniyyətinin inkişafında misilsiz xidmətlər göstərən Əsgər ağa Gorani, qəzetdə tez-tez imzası görünən digər ziyalılar milli özünüdərk maarifçilik xəttini həyata keçirən "Əkinçi"nin müəllifləri idilər.

Zərdabinin min bir əziyyətlə nəşr etdirdiyi "Əkinçi" qəzeti cəmi iki il ömür sürsə , onun məramı, məqsədi 139 ildir yaşamaqdadır.

Həsən bəyin fəaliyyəti cümhuriyyət qurucularının da həyatında silinməz izlər qoymuşdur. Onlar da böyük mütəfəkkir kimi Vətənin, millətin, istiqlalın yolunda misilsiz şücaətlər göstərərək  tarixdə ilk dəfə olaraq Azərbaycanın müstəqilliyinə nail oldular. Onlar əzmkarlıqla, inadla mübarizə aparmağı, mənsub olduqları millətin azadlığı uğrunda öz canlarını Vətənə xalqa qurban verməyi Həsən bəy Zərdabidən zərdabilərdən öyrəndilər.

Vətən üçün yaşayan çalışan, ömrünün sonunadək xalqının maariflənməsi işıqlı günlərə çıxması üçün çarpışan böyük insan millətinin gələcəyi naminə əlindən gələni heç vaxt əsirgəmədi.

 





22.07.2014    çap et  çap et