"Yanvar-aprel aylarında qaz ixracı 10.5% artaraq, 8,4 mlrd. kubmetrə çatıb".
525.az "APA-Economics"ə istinadən xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov deyib.
O bildirib ki, Avropaya 3.9 mlrd. kubmetr, Türkiyəyə 3.4 mlrd. kubmetr, Gürcüstana isə 1.1 mlrd. kubmetr qaz ixrac olunub.
"Bu dövrdə TANAP Türkiyəni 1.9 mlrd. kubmetr qazla təchiz edib"- deyə nazir əlavə edib.
çap et