525.Az

Sahibə Qafarova: "Ermənistanın təxribatında əsas məqsəd sülh danışıqlarına mane olmaqdır"


 

Sahibə Qafarova: "Ermənistanın təxribatında əsas məqsəd sülh danışıqlarına mane olmaqdır"<b style="color:red"></b>

“Ermənistan tərəfi Azərbaycana qarşı təxribat törədib”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, şəhid olan hərbi qulluqçumuz var, digəri yaralanıb: “Şəhid olmuş hərbi qulluqçumuza Allahdan rəhmət diləyirik. Törədilən təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Bu təxribatın törədilməsində əsas məqsəd hazırda aparılan sülh danışıqlarına mane olmaqdır”.

 





12.05.2023    çap et  çap et