525.Az

Təvəkkül Boysunardan "Qadınlara mədhiyyə"


 

Təvəkkül Boysunardan "Qadınlara mədhiyyə"<b style="color:red"></b>

Gənc yazar Təvəkkül Boysunarın ilk kitabı çapdan çıxıb. "Qadınlara mədhiyyə" adlanan kitabda müəllifin indiyəcən qələmə aldığı, amma əksəriyyəti çap edilməyən bədii nümunələr toplanıb.

Qeyd edək ki, dövri mətbuatda müntəzəm olaraq öz hekayələrini və məqalələrini dərc etdirən müəllif eyni zamanda Nabokov, Elis Manro, Zeydi Smis və digər ingilisdilli yazıçıların hekayələrini, eləcə də Şervud Andersonun "Vaynzburq, Ohayo" və Ernest Heminqueyin "Səyyar şənlik" kitablarını ana dilimizə tərcümə edib.

T.Boysunar 2021-ci ildə Mədəniyyət Nazirliyinin keçirdiyi ədəbiyyat müsabiqəsində "Xoşbəxt göyərçinlər, xoşbəxt bayraqlar" hekayəsinə görə birinci yerə layiq görülüb. 

 





13.05.2023    çap et  çap et