525.Az

Azərbaycan, Ermənistan və Aİ liderlərinin sabah Brüsseldə keçirəcəkləri görüşün proqramı açıqlanıb


 

Azərbaycan, Ermənistan və Aİ liderlərinin sabah Brüsseldə keçirəcəkləri görüşün proqramı açıqlanıb<b style="color:red"></b>

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında mayın 14-də Belçikanın paytaxtı Brüssel şəhərində keçiriləcək görüşün proqramı açıqlanıb.

525.az "Report"a istinadən xəbər verir ki, Avropa İttifaqı Azərbaycan və Ermənistan liderlərinin sabah Brüsseldə danışıqlar aparacağını təsdiqləyib.

Bildirilib ki, görüş Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçiriləcək.

Danışıqlar yerli vaxtla günortadan sonra başlayacaq.

Üçtərəfli görüşdən əvvəl Ş.Mişel N.Paşinyanla, daha sonra isə Prezident İlham Əliyevlə ikitərəfli görüş keçirəcək.

 





13.05.2023    çap et  çap et