525.Az

Məşhur tarzən Beynəlxalq Muğam Mərkəzinə yeni direktor təyin edilib


 

Məşhur tarzən Beynəlxalq Muğam Mərkəzinə yeni direktor təyin edilib<b style="color:red"></b>

Əməkdar artist, tarzən Sahib Paşazadə Beynəlxalq Muğam Mərkəzinə direktor təyin edilib.

"525.az"ın əldə etdiyi məlumata görə, bu barədə mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.

Qeyd edək ki, o, “Tərəqqi” medalı, 1998-ci ildə Respublikam muğam müsabiqəsinin laureatıdır, Azərbaycan Milli Konservatoriyasının dosentidir.

Azərbaycanda və ölkədən kənarda təşkil olunan çoxsaylı konsertlərdə, festivallarda solo və müğam üçlüyü tərkibində çıxışlar edib, beynəlxalq müsabiqələr laureatıdır.

 





13.05.2023    çap et  çap et