525.Az

Şarl Mişel: "Azərbaycan və Ermənistan liderləri münasibətləri normallaşdırmaq istəyir"


 

Şarl Mişel: "Azərbaycan və Ermənistan liderləri münasibətləri normallaşdırmaq istəyir"<b style="color:red"></b>

Üçtərəfli görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dair müzakirələr aparılıb.

525.az "Report"a istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair açıqlamasında deyib.

"İki ölkə liderləri regionda vəziyyəti normallaşdırmaq istəklərini bildiriblər. Biz Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası məsələlərini müzakirə etdik", - Şarl Mişel bildirib.

Şarl Mişelin sözlərinə görə, Aİ-nin yalnız bir məqsədi var - tərəflərə sülhə nail olmaqda kömək etmək:

“Bu məqsədlə biz iyul ayında Brüsseldə daha bir görüşün keçirilməsi barədə razılığa gəldik, bundan əvvəl isə Kişinyovda Fransa Prezidenti və Almaniya Kanslerinin iştirakı ilə daha bir görüşün keçirilməsi planlaşdırılır”.

 





14.05.2023    çap et  çap et