525.Az

Ərdoğan: "Seçkilərin əmin-amanlıq şəraitində keçməsi Türkiyəmizin demokratik yetkinliyinin ifadəsidir"


 

Ərdoğan: "Seçkilərin əmin-amanlıq şəraitində keçməsi Türkiyəmizin demokratik yetkinliyinin ifadəsidir"<b style="color:red"></b>

"14 May seçkilərinin sülh və əmin-amanlıq şəraitində keçməsi Türkiyəmizin demokratik yetkinliyinin ifadəsidir".

525.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb.

"Seçki müsbət və demokratik şəraitdə keçdiyi halda, səslərin hesablanması hələ də davam etdiyi halda, nəticələrin tələsik elan olunmasına cəhd milli iradənin qəsb edilməsi deməkdir. Biz sevinirik ki, xalqımızın rəğbəti səslərin sayılmasında öz əksini tapır. Demokratiya naminə səs verən, seçki işində iştirak edən bütün vətəndaşlarımı təbrik edir, onların hər birinə öz təşəkkürümü bildirirəm", - paylaşımda deyilir.

14 Mayıs seçimlerinin uhulet ve suhulet ile büyük bir demokrasi şöleni şeklinde gerçekleşmesi, Türkiye’mizin sahip olduğu demokratik olgunluğun ifadesidir.…

— Recep Tayyip Erdoğan (@RTErdogan) May 14, 2023

 

 





14.05.2023    çap et  çap et