525.Az

Şekspir dünyası - Telman Orucov yazır


 

Şekspir dünyası - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən şənbə sayımızda)

 

 Culyetta gecə vaxtına görə səbirsizdir və Romeo gəlib çıxır. Lakin xəbər yayılır ki, onun əri, qızı dəhşətə gətirən bir iş görmüşdür, onun əmisi oğlu Tibaltı öldürmüşdür. Qız Romeonun sürgün edilməsinə görə daha çox narahatdır. Romeo özünün sürgün edilməsinə ağı deyir. Dayə Culyettanın kədərini xəbər verməyə gələndə, Romeo özünü xəncərlə vurmağa cəhd edir. Lakin rahib onu inandırır ki, Mantuaya qaçsın. Bu vaxt yaşlı Kapuletti və Paris həftənin dördüncü gününü, bu gənc nəcib oğlanla Culyettanın toy günü kimi təyin edirlər.

Culyetta ilə gecəni bir yerdə, qızın otağında keçirən Romeo dan yeri söküləndə getməyə hazırlaşır. Culyetta əvvəlcə onun getməsinə mane olur, sonra düşünür ki, istənilən gecikmə təhlükəlidir və onu məcbur edir ki, tez çıxıb getsin.

Ledi Kapuletti Culyettanın ruhunu yüksəltməyə çalışır və deyir ki, Paris ona evlənmək istəyir. Dördüncü gün yaşlı Kapuletti qəflətən öz qızını qəmgin vəziyyətdə görür. Culyetta Parisə ərə getməkdən imtina etdikdə, Kapuletti hirslənir və hətta Culyettanın sevimli dayəsi də Parisi dəstəkləyir. Culyetta üçün yeganə çıxış yolu özünü intihar etməkdir.

Paris Culyettanı rahibin zirzəmisində öz "arvadı" kimi salamladıqda, qız məəttəl qalır. Culyetta deyir ki, o, özünü öldürməyə hazırlaşır. Lakin rahib, bir porsiya maye içməyi təklif edir ki, bu, ona ölü görünüşü verəcəkdir. Sonra o, Kapulettilərin sərdabəsinə uzanıb, dincələcəkdir. Romeo məktubla qıza xəbər verir ki, onu sərdabədən götürüb, Mantuaya aparacaqdır.

Kapulettilər şadlanırlar ki, Culyetta Parisi qəbul edir, toyu bayram etməyi planlaşdırırlar. Culyetta Kapulettilər qəbrində öz yanında Tibaltın cəsədini gördükdə, dəhşətli bir fikri ağlına gətirir. Nəhayət, o, şüşədəki mayeni içir və sərdabəyə uzanır.

Ledi Kapuletti isə bütün gecəni toya hazırlaşır. Yaşlı Kapuletti qeyd edir ki, toy musiqisi matəm musiqisi ilə əvəz oluna bilər.

Mantuyada Romeo sevdiyi Culyettanı yuxuda görür, lakin onun dostu xəbər gətirir ki, Culyetta ölmüşdür. Romeonu inandırır ki, zirzəmidə ona zəhər vermişlər və qız da özünü öldürməyi planlaşdırıbmış.

Veronada rahib Lourens əmindir ki, Culyettanın saxta ölümünü xəbər verən məktubu Romeo heç vaxt almayacaqdır. Culyetta tezliklə oyanmalıdır, ona görə də rahib qübbəyə gedir.

Paris kilsə həyətinə gəlir ki, sərdabədə Culyetta ilə görüşsün. Lakin Romeo və dostu ora yaxınlaşanda, gizlənirlər. Romeonu,Tibaltın qatili kimi Paris qəflətən vuruşa çağırır. Lakin özü öldürülür. Nəticədə Romeo düşməninin cəsədini dartıb aparır və Parisi Culyettanın yanında dəfn etmək qərarana gəlir. Qəbirin içərisində Romeo Culyettanın gözəlliyindən heyrətə gəlir. Və Tibaltın cəsədini yoxlayanda, onu öldürdüyünə görə bağışlanmasını xahiş edir. Nəticədə o, zəhər içir və yıxılır ki, ölsün.

Culyetta Romeonun və Parisin ölmələri barədə rahibin sözlərini eşitdikdə vurnuxmağa başlayır. Rahiblə birlikdə zirzəmidən getməkdən imtina edən Culyetta öpüşləri ilə Romeonun dodaqlarından zəhəri udmaq istəyir.

Lakin gecə gözətçisi gələndə, Culyetta Romeonun xəncərini əlinə götürüb, özünə ölümcül zərbə vurur. Kapuletti qülləsindən qırğını görən gözətçi hökmdara və ölənlərin valideynlərinə xəbər göndərir, həmçinin rahibə də bunu çatdırır.

Oğlunun sürgünə göndərilməsinə görə artıq qüssədən ölmüş Ledi Montekkidən başqa hamı gəlir. Rahib izahat verir ki, o, cütlüyü nikahda birləşdirmişdi, lakin onun sxemi baş tutmadı. Dostu Romeonun son məktubunu verir və hökmdar onu oxuyur. Romeo özünü zəhərləmişdir ki, "Culyetta ilə bir yerdə uzansın". Hökmdar onların atalarını çağırır ki, öz uşaqlarının məhəbbətinin sonluğuna şahid olsunlar. Kapuletti və Montekki qucaqlaşırlar. Hökmdar sonralar onların bağışladı da, cəzalandırdı da. Lakin bu vaxt qeyd etdi ki, belə kədərli hadisələr səssiz qaydada sülhə gətirib çıxarır.

"Romeo və Culyetta" dramaturqun daha lirik olan pyeslərindən biridir və özündə Şekspirin ən yaxşı poeziyasını əks etdirir: "O danışır" - Romeo deyir. "Ey parlaq mələk, yenə də danış". Onlar romantik məhəbbətin bədbəxtliyi üçün də sözlər tapırlar. Culyetta dediyi: "Mən sənə daha çox şey verdim/ Daha çox şeyə də malik oldum, ona görə də hər ikimiz üçün bu, hədsiz çox idi" sözləri nakam sevgililərin ölümündən sonra rekviyem kimi səslənir.  Romeo və Culyettanın Kapulettilərin bağında və ya Culyettanın otağında cərəyan edən hadisələri göstəriləndə isə romantik əfsanəvi həzz atmosferi yaranır. "Romeo və Culyetta" pyesi dilinin zənginliyinə və rəngarəngliyinə görə də başqa pyeslərdən fərqlənir. Hər obraz öz dilində, öz səviyyəsinə uyğun olaraq danışır. Romeo və Culyettanın məhəbbət dili torağayın nəğməsindən heç də geri qalmır. Dayə isə olduqca sadə və məzəli bir dillə danışır, onun dili əsərə başqa şirinlik verir.

Qədim ədəbiyyatın digər faciəvi

sevgililər barədəki əhvalatları Şekspirin pyesləri üçün bünövrə rolunu oynayır, "Troya və Kressida", "Antoni və Kleopatra" əsərlərində bu, daha aydın nəzərə çarpır.

 

"Hamlet" pyesi

 

"Hamlet" pyesi Şekspirin ilk incisidir, ingilis dilində olan şübhəsiz ən böyük faciədir. Onun digər pyeslərindən daha çox müzakirə olunmaqla, insan psixikası barədəki müəmmaların həll olunması şəklində diqqət obyektinə qalxmasını göstərir. Əsrlər ərzində "Hamlet" çox sayda teatrlar və aktyorlar üçün məhək daşı rolunu oynamışdır.

Əhvalatın mənşəyi köhnə şimal əfsanəsində tapılmışdır, xalq qəhrəmanı Amloti tam intiqam almaq tapşırığını qəbul etdikdə, dəlilikdən ürəyi gedir. Saks german xronika yazanları sonralar bu hadisələri tarixi Danimarka hökmdarı Amleti ilə əlaqələndirirdilər.

"Hamlet"dəki əhvalat Şekspirin əlində essentrik xalq qəhrəmanının ailəsində öz yerini tapmaq istəyən oğulun mübarizəsinə çevrilir. Ailə isə yaxın qohumluqlar hesabına baş verən siyasi hadisələrdən dağılır.

Hərəkət başlamamışdan əvvəl Danimarka kralı, şahzadə Hamletin atası Hamlet Norveç kralı Fortinbras tərəfindən vuruş çağırışına məruz qalır, onu öldürür və Norveç ərazisinin yarısını Danimarka üçün tutur. Bu vaxt Norveç kralının oğlu şahzadə Fortinbras itirilmiş torpaqları geri qaytarmağa hazırlaşır. Hamletin atası həmin ərəfədə ölür. Danimarka kralının titulu Hamletə keçməlidir. Lakin onun anası Gertruda, titulun oğluna keçməməsi üçün ləngimədən ərə gedir. Titul isə əvəzində onun yeni əri Klavdinin əlinə keçir, o, heç də yad adam olmayıb, Hamletin atasının doğma qardaşıdır.

Nikah Elizabetin standartları ilə böyüyərək, Hamleti ikiqat təlaşa salır. Bu, onu təkcə kral olmaqdan məhrum etmir, həm də onun arzusunun tam əksinə əmisini bir surroqat ataya çevirir. Hamletin atası kabus kimi özünün faktiki olaraq Klavdi tərəfindən öldürüldüyünü bildirmək üçün meydana çıxır və Hamletə əmr edir ki, onun intiqamını alsın.

Norveçli Fortinbras Danimarkaya qarşı vuruşa qalxır, Elsinor qəsrini xeyli dəyişdirir. Kabus tərəfindən artıq iki dəfə xəbərdarlıq edilsə də, Horatsio gecə yarısı qəsrin mühafizəçilərinə qoşulur. Herold kabusun nəyə qadir olduğundan heyrətə gəlir.

Kral Klavdi kraliça ilə nikahına razı olduğuna görə və öz qardaşı, əvvəlki kralın ölməsinə bəslədiyi kədərə görə saraya da yaxşı münasibətini bildirir. Bu vaxt saray dövlətin problemlərinin ona ünvanlamasını gözləyirdi. Klavdi səfirləri göndərir ki, onun qohumu Fortinbrasın qanunsuz xəbərdarlığı barədəki sözünü ona çatdırsınlar.

Hamletin atasına matəm saxlamasını qurtarmaq barədə kraliçanın tələbini rədd etdiyi qeyd olunur. Hamlet həm də anasına onu ədalətsiz qaydada mühakimə etdiyinə görə xəbərdarlıq edir. Bu qaydada Klavdi də təkid edir ki, Hamlet onu öz atası kimi qəbul etsin. Tək qalanda Hamlet özünü intihar etmək istəyir, anasının və əmisinin "qanqarışdırıcı mələfəsinə" qarşı öz hiddətini bldirir. Lakin Horatsio ona kabus haqqında deyəndə, Hamlet yenə də intihar barədə düşünür, lakin bunun əvəzində, istəyir ki, o, özü kabusu görsün.

Laert öz bacısı Ofeliyaya əlvida deyir və ondan xahiş edir ki, Hamletin ona xüsusi diqqət verməsini qəbul etməsin. Poloni oğlu Laertə öz məsləhətini verir, bu məsləhət onun Parisə qayıtmağı barədədir. Ofeliyaya Hamletin məhəbbət bəsləməsindən agah olanda isə, Poloni qızına şahzadə ilə danışmağı qadağan edir.

Mühafizə platformasında Hamlet Klavdinin davranışına nifrət edir. Kabus görünür və Hamlet ona öz suallarını verir. Kabus Hamletə göstəriş verir ki, özünün qatilindən oğlu hökmən intiqam alsın, deyir ki, "zibilin ovu" olacaq Gertruda asanlıqla Hamletin əmisi tərəfindən şirnikləndirildi. Təklikdə Hamlet qəzəbləndi, Horatsioya qoşulub dedi ki, onlar baş verən hadisəni açmamaq barədə and içməlidirlər. Onlar tərəddüd edəndə kabus yerin altından dedi ki: "And için". Dəhşətlənmiş bu adamlar səssiz and içdilər.

Poloni Reynaldonu Parisə göndərir ki, öz oğluna qarşı casusluq etsin. Həm də Poloni qızından da daha diqqətli olmağı tələb edir. Ofeliya da Hamletin qeyri-stabil davranışından narahat olur. Kral Hamletin uşaqlıq dostları olan Rozenbrantsı və Gildersterni salamlayır, onları dəvət etmişdir ki, "Hamletin dəyişilməsini" təhqiq etsinlər. Səfir məlumat verir ki, Fortinbras Danimarka ilə vuruşu dayandıracaqdır, lakin Polşa ilə müharibəni başlamaq üçün ölkənin ərazisindən keçməyi tələb edəcəkdir.

Poloni mübahisə edir ki, Hamlet Ofeliyaya sevgisinə görə dəli olmuşdur. Klavdi və Gertruda sübut tələb edəndə, Poloni istədi ki, cütlüyün söhbətinə gizli şəkildə qulaq asılsın.

Hamlet, Poloni ondan nə olduğunu soruşduqda qəribə cavab verdi. Lakin Poloni hiss etdi ki, maraq göstərdiyinə görə o, nəsə fikirləşir. Hamlet uşaqlıq dostlarını nəzakətlə qəbul etdi, baxmayaraq ki, hətta onların nəsə bir bəd planları olduğunu hiss edirdi. Onlara dedi ki,"o, sevincini itirmişdir". Rozenbrants qorxdu ki, Hamlet sarayda baş vermiş faciədə heç də sevinc tapmayacaqdır. Lakin Hamlet etiraf etdi ki, o, özü oyunçudur, çünki təkcə o, özünü dəli olmuş kimi göstərir.

Poloni aktyorlara "xoş gəlmişsiniz" deyir. Və nəhayət, Hamlet ehtiram nitqi söyləyir, Eneyi deklamasiya edir. Aktyor Hekuba və Priamın (Troyanın kraliçası və kralı) göz yaşları axıtmağa hesablanmış əhvalatını danışır. Hamlet onlara "Qonzaqanın qətli" tamaşasını göstərir.

Təklikdə, Hamlet uydurulmuş Hekuba üçün aktyorların axıtdığı göz yaşlarını tərifləyir. Axı yunanlar Troyanı məğlub edib, məhv etmişdilər, kraliça varlı şəhər-dövlətin viran qalmasına, oğlanlarının öldürülməsinə görə yas saxlayırdı. Real əzablarına görə, real emosiyaları ifadə etməyə qadir olmadığına görə Hamlet özünü lənətləyirdi. Lakin onun ruhu oyanılmış faciəyə görə yüksəlir. "Pyes bir şeydir / Hardakı mən kralın vicdanını tutacağam".

Poloni və kral Hamletə və Ofeliyaya qarşı casusluq edirlər. Bir anlığa Hamlet öz dünyasında mövcudluğun suallarını seyr etməyə dalır. Sonra o, qıza olan öz sevgisinin qarışıq iddialarına görə Ofeliyanı utandırır. Ofeliya onun belə dəyişdiyini görüb, çox narahat olur. Hamleti və Ofeliyanı birlikdə müşahidə edən Klavdi Hamletin sevgisinə inanmır, Poloninin düşündüklərinə əhəmiyyət vermir. Klavdi heç Hamletin dəli kimi danışdığını da düşünmür.

Axşam tamaşasına hazırlaşanda Hamlet aktyorları təlimatlandırır. Onlara yol göstərir ki, inana bildikləri dost üçün özlərini təbii minnətdar olan kimi göstərməsinlər. Hamlet Horatsiodan xahiş edir ki, Klavdiyə nüfuzedici göz qoysun. Əgər Klavdi təqsir əlaməti göstərmədən tamaşaya gəlsə, onda Kabusun Hamletə ünvanladıqları real olaraq onun atasının ruhu deyilmiş. Aktyorlar və tamaşaçılar gələndə, Hamlet anasına, onun uyğun gəlməyən şən olmasından öz şikayətini bildirdi.

 (Ardı var)

 

 





15.05.2023    çap et  çap et