525.Az

Rusiya Gürcüstan vətəndaşları üçün vizanı ləğv etdi


 

Rusiya Gürcüstan vətəndaşları üçün vizanı <b style="color:red">ləğv etdi</b>

Rusiya mayın 15-dən əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə ölkəyə daxil olan şəxslər istisna olmaqla, Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib.

525.az xəbər verir ki, Rusiya Prezidentinin bununla bağlı fərmanı mayın 10-da hüquqi informasiya portalında dərc edilib.

Sənəddə mayın 15-dən Gürcüstan vətəndaşlarının şəxsiyyət sənədləri ilə Rusiya Federasiyasına daxil ola və Rusiya Federasiyasını viza vermədən tərk edə biləcəkləri deyilir.

İstisna əmək fəaliyyəti ilə məşğul olmaq üçün və ya 90 gündən çox müddətə, o cümlədən təhsil almaq məqsədi ilə daxil olan vətəndaşlardır.

 





15.05.2023    çap et  çap et