525.Az

Öz mağazasından oğurluq edən zərgər saxlanılıb


 

Öz mağazasından oğurluq edən zərgər saxlanılıb<b style="color:red"></b>

Avstraliyanın Yeni Cənubi Uels ştatında (NSW) zərgər öz dükanını qarət etməyi planlaşdırdığı üçün saxlanılıb. 

525.az BBC-ə istinadən bildirir ki, polis bəyanatında yanvar ayında NSW əyalətinin paytaxtı Sidneydə baş verən zərgərlik oğurluğunun arxasında dükan sahibinin olduğu bildirilib. Açıqlamada zərgərin oğurluğu sığorta şirkətindən təzminat tələb etmək üçün planlaşdırdığı deyilib. 

Zərgərin öz mağazasına basqın etdiyinə dair kifayət qədər dəlilin olduğunu vurğulayan açıqlamada sözügedən şəxsin soyğunçuluq və dələduzluqda ittiham oluna biləcəyi qeyd edilib. Açıqlamada ötən ay oğurluqla əlaqəli iki nəfərin saxlanıldığı və hadisə ilə daha çox adamın əlaqəsinin ola biləcəyi bildirilib. 

Sidneydəki “saxta soyğunçuluq”da zərgər dükanına gələn iki oğru həm mağaza sahibini, həm də qadın işçini hədələyərək seyfdən qızıl-zinət əşyalarını oğurlayıb. Qadın quldur tərəfindən bıçaqla hədələndiyini, quldurların mağaza sahibinin və onun qaçmasına mane olduğunu iddia edib. 

Mağaza sahibi iddia edib ki, oğrular “külli miqdarda” qızıl-zinət əşyalarını oğurlayıblar.

Malik Atilay

 





15.05.2023    çap et  çap et